• $
  • €
  • ₽
  • ₺
  • £

Rauf Məmmədov: "Dünya kubokunda favorit olmur"

Rauf Məmmədov: "Dünya kubokunda favorit olmur"
01.09.2015 20:00
Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. 

Qol.Az-ın məlumatına görə, R.Məmmədov şahmatçılarımızın yarışda yaxşı nəticə göstərməyə çalışacağını deyib: 

"Azərbaycanda keçirilən bütün yarışlar yüksək səviyyədə təşkil olunur. Bu mənada əminəm ki, şahmat üzrə dünya kubokunun təşkilatçılığı hamını razı salacaq. Bir neçə gündən sonra Bakıda dünya kuboku, gələn il isə şahmat olimpiadası keçiriləcək. Sözsüz, şahmatsevərlər bizdən yaxşı nəticə gözləyir. Buna görə hər birimiz yaxşı nəticə uğrunda mübarizə aparacağıq. 

Azərbaycan dünya kubokunda ilk dəfə 6 şahmatçıyla təmsil olunacaq. Bu sayda heç vaxt iştirakçımız olmayıb. Ona görə şahmatçılarımız üçün yaxşı şansdır. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Ümid edirəm nəticə baxımından fərqlənəcəyik. Fikrimcə, dünya kubokunda favorit olmur. Reqlament hər bir şahmatçıya rahat oynamağa və hətta sürpriz etməyə imkan verir. Dünya kubokunda iştirak edən 128 şahmatçıdan əksəriyyəti turnirin qalibi olmaq imkanına malikdir. Bu mənada reytinq favoritlər hər zaman proqnozu doğrultmur.

Dünya kuboku ərəfəsində millimizin kapitanı Aleksandr Xalifmanla təlim-məşqdə iştirak edəcəyik. Püşkə əsasən ilk mərhələlərdə nisbətən güclü rəqiblərlə mübarizə aparacağıq. Bununla belə, sona qədər oynamaq fikrindəyəm. 2015-ci ildə klassik şahmatda 80 partiya oynamışam. Dünya kubokunda da mümkün qədər çox oyun keçirmək niyyətindəyəm. Proqnoz verməyəcəm, amma imkan daxilində irəli getmək istəyirəm. Dünya kuboku yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üçün xüsusi önəm daşıyır. Çünki, finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Son illər Azərbaycan bir qayda olaraq iddiaçılar turnirində təmsil olunub. Ümid edirəm yeni mövsüm də belə olacaq".

Qeyd edək ki, şahmat üzrə "dünya kuboku-2015" sentyabrın 10-da start götürəcək. İlk turlar sentyabrın 11-də oynanılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol