Klopp: "Futbol üçün darıxmamışam"

"Borussiya"nın sabiq baş məşqçisi Yurgen Klopp "Liverpul"u çalışdıracağı iddialarına münasibət bildirib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hazırda heç bir klubla razılığa gəlmədiyini vurğulayıb:
"Dünyanın ən güclü klublarının baş məşqçiləri var. Mənə bir çox klubdan təklif gəldi və onların bəziləri ilə görüşdüm. Ancaq onu deyə bilərəm ki, hazırda futbol üçün darıxmamışam. Hansı komandanı çalışdıracağımı bilmirəm. Nələrin olacağını gələcəkdə görəcəyik".
Qeyd edək ki, Y.Klopp "Borussiya"da istefa verdikdən sonra bu il heç bir klubu çalışdırmayacağını açıqlayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























