• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” göstərdi ki, növbəti mərhələyə 4 komanda iddia edəcək”

“Qarabağ” göstərdi ki, növbəti mərhələyə 4 komanda iddia edəcək”
20.10.2015 12:10
"Qarabağ”a məğlubiyyət bütün planlarımızı pozdu. İndi "Tottenhem”lə qarşılaşmalardan mümkün qədər çox xal toplamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu "Anderlext”in qapıçısı Silvio Proto deyib.
 
Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda "Qarabağ”a məğlub olan (0:1) Belçika klubu növbəti iki matçını "Tottenhem”ə qarşı keçirəcək.
 
32 yaşlı qolkiper yerli mətbuata açıqlamasında London təmsilçisi ilə Belçikada keçiriləcək ilk oyunda onları yalnız qələbənin qane etdiyini söyləyib: "Qarabağ”a uduzmaqla işimizi xeyli çətinləşdirdik. Azərbaycan komandası göstərdi ki, növbəti mərhələyə 2 və ya 3 yox, 4 komanda iddia edəcək. "Tottenhem”lə qarşıdakı iki görüşün nəticəsi çox önəmlidi. Həm bizim, həm də "Qarabağ” – "Monako” oyunlarından sonra qrupa müəyyən mənada aydınlıq gələcək. İşimizi şansa buraxmamaq üçün "Tottenhem”i evdə məğlub edib, səfərdə də heç olmasa 1 xal almalıyıq. Bunu reallaşdıra bilsək, bir addım önə keçərik”.
 
Qeyd edək ki, "Anderlext” – "Tottenhem” oyunu oktyabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İki turdan sonra "Tottenhem” 4 xalla qrupa liderlik edirsə, "Qarabağ” (3 xal) ikinci, "Monako” (2) üçüncü, "Anderlext” (1) isə dördüncü yerdə qərarlaşır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol