"Astana" - "Atletiko" oyunu buz üstündə

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Astana" - "Atletiko" qarşılaşmasının keçiriləcəyi "Astana Arena"da ciddi problem yaranıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, stadionun ot örtüyü havanın mənfi 12 dərəcə olması səbəbindən buzlaşıb. Matçın start fitinə kimi buz örtüyünü aradan qaldırılacağı bildirilib. Amma oyunun gedişində eyni problemin yaranacağı istisna deyil. Bu cür vəziyyətdə isə futbolçuların zədələnmə ehtimalının çox olacağı gözlənilir.
Qeyd edək ki, "Astana" - "Atletiko" oyunu bu gün saat 19:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























