• $
  • €
  • ₽
  • ₺
  • £

"Dortmunda məğlub olmağa getmirik" – Vaqif Cavadov

"Dortmunda məğlub olmağa getmirik" – Vaqif Cavadov
03.11.2015 11:41
Azərbaycan Premyer Liqasının XI turunun "Kəpəz”lə oyunu "Qəbələ”nin bu yay heyətinə qatdığı Vaqif Cavadov üçün əlamətdar olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan əvvəlki turda meydana sonradan çıxan 26 yarımmüdafiəçi ilk dəfə "qırmızı-qaralar”ın start heyətində yer alıb.

V.Cavadov qarşılaşma haqda fikirlərini bildirib:

 "Baş məşqçi mənə etimad göstərib, ilk dəqiqələrdən meydanda olmaq üçün şans verdi. Təəssüf ki, bu qarşılaşmadan məğlub ayrıldıq. 90 dəqiqə daha üstün oyun nümayiş etdirdik. Rəqib qapısına hücumlar təşkil edib, qol imkanları yaratsaq da, sonda qol buraxaraq uduzduq. Artıq neçə görüşdür üstünlük bizdə olsa da, qalib gələ bilmirik. Lakin hələ qarşıda oyunlarımız var".


V.Cvadov hər şeyin qaydasına düşəcəyini vurğulayıb: 
"Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur. Onları da aradan qaldıracağıq. Öz oyunuma gəlincə isə bunu dəyərləndirmək istəməzdim. Həmişə klubum üçün, millidə isə yığmamız üçün oynamışam. Buna qiyməti isə mütəxəssislər versinlər”.

"Qəbələ” Avropa Liqasının IV turunda noyabrın 5-i Dortmund "Borussiya”sı ilə qarşılaşacaq. "Qırmızı-qaralar”ın heyətində avrokuboklarda hələlik meydana çıxmayan Cavadov Almaniya təmsilçisi ilə görüşlə bağlı fikirlərini bildirib:

"Borussiya” ilə oyuna səylə hazırlaşırıq. Bütün komandamız bu matça köklənib. Çox çətin oyun olacaq. Lakin biz Dortmunda məğlub olmağa getmirik. Bakıdakı ilk oyunda da bu rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Həmin qarşılaşmada uduzsaq da, qol imkanlarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Meydana çıxıb-çıxmayacağım baş məşqçinin seçimindən asılıdır. Bu görüşdə mənim üçün qol vurmaqdan daha çox nəticə önəmlidir. Əlbəttə, hər futbolçu qol vurmaq istəyir. Lakin komandanın uğuru daha vacibdir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol