Muarem “Eskişehirspor”dan getdi

"Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem "Eskişehirspor”dan ayrılıb.
Bu barədə Qol.Az-a makedoniyalı yarımmüdafiəçi özü məlumat verib.
O, vaxtını ehtiyatda keçirmək istəmədiyindən bu addımı atdığını bildirib.
Muarem "Qarabağ”a qayıtmaq istərdinmi” sualını belə cavablandırıb: "Qarşıdakı günlərdə bu barədə düşünəcəm. İndi bir az dincəlməliyəm”.
Qeyd edək ki, 2012-2015-ci illərdə "Qarabağ”ın şərəfini qorumuş futbolçu "Eskişehirspor”da cəmi iki rəsmi oyunda meydana çıxıb. Onun yanvara qədər müqaviləsi var idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























