• $
  • €
  • ₽
  • ₺
  • £

"Real Madrid" son 55 ildə ilk dəfə 10 qol vurub

"Real Madrid" son 55 ildə ilk dəfə 10 qol vurub
21.12.2015 11:17
İspaniyanın "Real Madrid" klubu İspaniya çempionatının XVI turunda "Rayo Valyekano"nun qapısından 10 top keçirib.

 "Report"un məlumatına görə, Madriddə keçirilmiş qarşılaşma meydan sahiblərinin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Kral klubu"nun heyətində Qaret Beyl poker (dəq. 25; 41; 61; 70), Kərim Benzema het-trik (dəq.48; 80; 90), Kriştianu Ronaldu dubl (dəq.30; 53-penalti ilə) edib. Daha bir qolu isə Danilo (dəq. 3) vurub. "Rayo Valyekano"dan isə Antonio Amayya (dəq. 10) və Xosabed Sançes (dəq. 12) fərqlənib. Qonaqlar matçın böyük hissəsini 9 oyunçu ilə keçiriblər. 14 və 29-cu dəqiqələrdə Tito və Raul Baena qovulub. "Real Madrid" sonuncu dəfə 10 və daha çox qolu 1960-cı ildə vurub. Həmin vaxt Madrid klubu "Elçe"ni yenib - 11:2.   

Qeyd edək ki, "böyük beşlik" çempionatlarında (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) "ikirəqəmli" qələbə 31 il 2 ay 10 gündən sonra baş verib. 1984-cü il oktyabrın 10-da Almaniya Bundesliqası matçında "Borussiya" (Mönhenqladbax) komandası "Ayntraxt" (Braunşveyq) komandasını yenib - 10:0. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol