Qvardiolaya fantastik təklif

"Mançester Siti” mövsümün sonu "Bavariya"dan ayrılacaq baş məşqçi Pep Qvardiolaya fantastik təklif irəli sürüb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ingilis klubu Pepə illik 25 milyon avro maaş təklif edib ki, bu da mütləq rekorddur. Əgər tərəflər bu şərtlərlə müqavilə bağlasa, o zaman Qvardiola hətta ən yüksək gəlirli futbolçulardan olan Lionel Messi (21 milyon avro) və Kriştiano Ronaldonu (20 milyon avro) da geridə qoyacaq.
Qeyd edək ki, P.Qvardiolanın "Mançester Siti" ilə razılığa gəldiyi iddia edilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























