"Çelsi"də ciddi itki

İngiltərə Premyer Liqasının 20-ci turunda səfərdə "Kristal Palas"a 3:0 hesabı ilə qalib gələn "Çelsi" ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, London təmsilçisinin futbolçusu Eden Hazard zədələnərək sıradan çıxıb.
Əzələsini dartan belçikalı futbolçu 16-cı dəqiqədə əvəzlənib. "Çelsi"nin baş məşqçisi Qus Hiddink Hazardın son durumuna bu gün aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























