• $
  • €
  • ₽
  • ₺
  • £

Güləşçilərimiz 2 ermənini məğlub etdi - VİDEO

Güləşçilərimiz 2 ermənini məğlub etdi - VİDEO
16.01.2016 11:07
Güləş üzrə yığma komandamız İranda keçirilən beynəlxalq turnirə uğurlu start verib. Yarışın ilk günündən qazancımız bir bürünc medal olub.

ANS TV-nin İran bürosunun məlumatına görə, Tehranda sərbəst və yunan-Roma güləşi üzrə beynalxalq turnirə start verilib. "Təxti Kuboku"adlanan beynalxalq turnirdə iştirak edən 16 ölkənin arasında Azərbaycanın mili yığması da yer alıb.

Yarışda millimizlə yanaşı, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Ermənistan, Mərakeş, Polşa, Tunis, Macarıstan, Tacikistan, Serbiya, Hollandiya və İranı təmsil edən pəhləvanlar medallar uğrunda mübarizə aparır.

Nəticələrə gəlincə turnirin ilk gününü yunan-Roma güləşçilərimiz üçün uğurlu adlandırmaq olar.

"Hər zaman olduğu kimi "Təxti Kuboku" adlanan beynalxalq turnir çox yüksək səviyyədə keçirilir. Bu yarışda 9 dövlət iştirak edir. Bizim heyət bu yarışa 5 və 6-ci nömrələr ilə gəlmişik. Lakin tək bir idmançımız Azad Əliyev 3-cü heyətdədir. Amma buna baxmayaraq güləşçilərimiz çox yaxşı iştirak etdilər. Bu gün Sakit Quliyev 3-cü yerə layiq görülüb. Çox yaxşı güləşçidir. Əsas sevindirici hal odur ki, yarış zamanı iki erməni idmançısını məğlub etdik. Bu sevindirici bir haldır”, - deyə yunan-Roma guləşi üzrə məşqçi Nurəddin Rəcəbov bildirib.

Yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak ediblər.

Qeyd edək ki, heyətdə Səid Balabəyov, Sakit Quliyev, Azad Əliyev, Elman Muxtarov, Ruhin Mikayılov, Şəmistan Quluzadə və Şəhriyar Məmmədov yer alıb.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol