• $
  • €
  • ₽
  • ₺
  • £

"Komandanın potensialı var" – Prosineçki

"Komandanın potensialı var" – Prosineçki
29.01.2016 19:14
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin müsahibəsi

- 21 yaşadək futbolçulardan ibarət yığmamızın qalibi olduğu "Antalya Cup” turniri ilə bağlı təəssüratlarınız necədir?

- Son oyunda rəqib 0:4 hesabı ilə məğlub olubsa və komandamız turnir çərçivəsində keçirdiyi 4 oyunun hamısında qələbə qazanıbsa, deməli, yaxşı nəticə əldə etmişik. Turnirlə bağlı təəssüratlarım müsbətdir. Komanda üzvləri özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Üstəlik, müsbət nəticələr sayəsində onlar özünəinam qazanıblar. Bu, çox vacibdir. U-21-in məşqçilər korpusunun məqsədi əsas milliyə yeni futbolçular qazandırmaqdır. AFFA-nın texniki direktoru Bernhard Lippertlə mənim işim isə bu cür turnirləri daim diqqətdə saxlamaq, gənc futbolçuları izləməkdir.
 
- Oyunları ayrı-ayrılıqda necə xarakterizə edərdiniz?

- Dörd oyunun hamısı maraqlı keçdi. Amma Ukrayna yığması ilə qarşılaşmanı qabartmaq istərdim. Ən çətin oyunumuz onlara qarşı oldu. Qarşılaşma turnirdəki ilk oyunumuz olduğu üçün, həm də rəqibin gücünə görə ağır keçdi. Rəqib güclü olsa da, qələbə qazanmağı bacardıq. Oyunların hamısında futbolçularımız topla yaxşı davrandı, baxımlı qollar vurdu. Mən və məşqçi həmkarlarım turnir ərzində maraqlı məqamlar gördük. Faydalı bir turnir oldu.
 
- Sizin U-21-in oyunlarını izləməyiniz gənc futbolçular üçün əlavə stimul idi. Millinin martda keçiriləcək təlim-məşq toplanışına dəvət etməyi düşündüyünüz futbolçular varmı?

- Namiq Ələskərov və Elnur Cəfərovu artıq tanıyıram. Namiqi zədəli olduğuna görə milliyə dəvət etmirdim. Çünki o, 8-9 ay futbol oynamadı. Elnur isə əsas millinin bir neçə toplanışında iştirak edib və oyun da keçirib. Hər ikisi millinin üzvüdür. Ola bilsin, əlavə bir futbolçunu da hazırlıq prosesinə cəlb etdim.
 
- U-21-in "Antalya Cup”ın qalibi olmasını necə dəyərləndirirsiz?

- Komanda üçün titul qazanmaq əhəmiyyətli hadisədir. Sonda mükafatlandırma zamanı kuboku alanda əziyyətinin bəhrəsiz qalmadığını hiss edirsən. Komandanın potensialı var. Heyətdə yaxşı futbolçular cəmləşib. Bizim üçün bu turnirin vacib tərəfi futbolçuları meydanda izləmək idi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol