• $
  • €
  • ₽
  • ₺
  • £

"Valensia" darmadağın etdi

"Valensia" darmadağın etdi
21.02.2016 18:30
Avropa liqasının növbəti oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, "Fiorentina" "Totenhem" görüşündə hesabı ilk olaraq qonaqlar açıb.

37-ci dəqiqədə penaltidən vurulan qola Naser Şadli müəlliflik edib. Görüşün ikinci hissəsində meydan sahibləri məğlubiyyətdən qurtulmağı bacarıb. Daha dəqiq 59-cu dəqiqədə Federiko Bernardeşinin qolu qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. "Fiorentina" 1 "Totenhem" 1.

İtalyanlardan fərqli olaraq "Borusiya dortmund" doğma meydanda "Porto"nu məğlub etməyi bacarıb. Oyunda hesabı 6-cı dəqiqədə Lukaş Pişçek açıb. Almanlar bir daha 2-ci 45 dəqiqədə Portuqalların qapısına yol tapıb. Daha dəqiq 71-ci dəqiqədə Marko Roys qapını dəqiq nişan alaraq arıların "Portu" ilə görüşdə 2-0 hesablı qələbəsini təmin edib.

Pley off-un digər oyunuda "Vilyareal" və "Napoli" klubları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən maçtda qalibi 1 qol müəyyən edib ki, bu da meydan sahiblərinin futbolçusu Denis Suarresin ayağına yazılıb. "Vilyareal" 1 "Napoli" 0.

Avropa liqasında mübarizə aparan digər bir İspaniya təmsilçisi "Atletik bilbao" isə səfərdə "Marsel"in qonağı olub. Eynilə bu görüşdə də qalibi 1 qol müəyyn edib. lakin bu dəfə sevinən tərəf qonaqlar olub. Qarşılaşmanın 54-cü dəqiqəsində Adurizin möhtəşəm qolu "Atletik bilbao"nun Fransadan İspaniyaya qalib kimi yollanmasını təmin edib.

Günün ən bol qollu oyunu isə "Valensiya" və "Rapid Vyana" klubları arasında baş tutub. Bu görüşdə na az, nə çox düz 6 qol qeydə alınıb ki, özü də hamısı meydan sahiblərinin ifasında. İlk hissə Santi Minanin dublu, Daniel Parexo, Alvaro Neqredo və Andre Qomeşin qolları ilə 5-0 başa çatıb. Görüşdə son nöqtəni isə Rodiqo qoyub. "Valensiya" 6 "Rapid" 0.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol