• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu
12.03.2016 10:28
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

Qol.az-ın məlumatına görə, yarışların dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Sərbəst güləş

58 kq
 
Güləşçimiz Natalya Sinişin mübarizəyə 1/8 finalda Veronika İvanova (Belarus) ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ukrayna idmançısı Qanna Vasilenko ilə qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Sinişin yarımfinalda isveçli Elin Yohanna Nilssondan güclü olub - 12:0. Bu qələbə sayəsində finala adlayan təmsilçimiz həlledici görüşdə həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) güləşib. N.Sinişin bu görüşdə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.


69 kq

Gözəl Zutova mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Təmsilçimizin rəqibi  Dalma Caneva (İtaliya) olub.  Bu görüşdə G.Zutova 3:5 hesabı ilə uduzub. 


70 kq

Bu çəkidə ölkəmizi təmsil edən Gitinomaqomed Hacıyev 1/8 finalda Azamat Nurikovla (Belarus) qarşılaşıb və uduzub - 5:7.


125 kq

Komandamızın ən ağır çəkili güləşçisi Cəmaləddin Məhəmmədov 1/8 finalda  Vladislav Baytçayevlə (Rusiya) qarşılaşıb və 6:3 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Ukrayna güləşçisi Alan Zaseyevlə güləşib. Lakin Məhəmmədov bu görüşdən məğlub ayrılıb - 2:6.

Qeyd edək ki, yığmamızın üzvləri yarışların dördüncü günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıblar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol