• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA bu klubları cəzalandırdı

AFFA bu klubları cəzalandırdı
29.03.2016 14:31
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

ANN.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda birinci divizionun 19-cu turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

I divizionun XIX turunun "Turan Tovuz” – "Mil-Muğan”  matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 76-cı dəqiqəsində "Turan Tovuz” klubunun  futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

I divizionun XIX turunun "Şahdağ” – "Bakı” matçının 86-cı dəqiqəsində "Bakı” klubunun futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

I divizionun XIX turunun "Şəmkir” – "Göyəzən” matçının 86-cı dəqiqəsində "Göyəzən” klubunun  futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

I divizionun XIX turunun MOİK – "Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol