"Qalatasaray"da ciddi itki

"Qalatasaray" klubu daha bir ciddi itki ilə üzləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə komandanın yarımmüdafiəçisi Səlçuk İnan zədələnib.
Komandanın son məşqində zədələnən İnan meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. O, superliqanın 27-ci turunda "Eskişehirspor"la keçiriləcək oyunda meydana çıxmayacaq. Lakin 31 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
Qeyd edək ki, "Qalatasaray"da Hakan Balta və Uesli Sneyder də zədə səbəbindən komandaya kömək edə bilmir
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























