Beyl: "Ronaldo ilə problemim yoxdur"

"Real"ın futbolçusu Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətlərinin pozulması ilə bağlı yayılan xəbərlərə cavab verib.
Qol.az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, uelsli futbolçu Ronaldo ilə aralarında heç bir problem olmadığını bildirib:
"Ronaldo ingiliscə bilir. "Real"a gələndə mənə çox kömək oldu. İkimiz də İngiltərədə oynamışıq. Onunla yaxşı münasibətim var və heç vaxt aramızda problem olmayıb".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























