Beyl Uels millisinə çağırılmadı

"Real"ın futbolçusu Qaret Beyl "Avro-2016" üçün Uels millisinin ilkin heyətinə çağırılmayıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun Madrid klubu ilə Çempionlar Liqasının finalında "Atletiko" ilə oyuna hazırlaşmasıdır.
Millinin baş məşqçisi Kris Koulmen "Avro-2016" üçün yekun heyəti mayın 31-i açıqlayacaq. Hazırda zədədən əziyyət çəkən Q.Beyl sağalacağı təqdirdə, milliyə çağırılacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























