Arda Turana böyük hörmətsizlik

Türkiyə millisinin kapitanı Arda Turan azarkeşlərin növbəti etirazı ilə üzləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, onun son oyunlarından narazı qalan azarkeşlərin budəfəki etirazı fərqli olub.
"Avro-2016”nın D qrupunda İspaniyaya 0:3 hesablı məğlubiyyətdən sonra bir qrup fanat Ardanın Barselonadakı evini yumurta atəşinə tutub.
Qeyd edək ki, Türkiyə millisinin və kapitan Arda Turanın "Avro-2016”dakı zəif çıxışı yerli mətbuat tərəfindən də kəskin tənqid olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























