Rooney-nin getmək fikri yoxdur

İslandiyaya acı məğlubiyyətdən (1:2) sonra İngiltərə yığmasının baş məşqçisi Roy Hodgson istefa versə də, komandanın əsas ulduzu Wayne Rooney yığma karyerasını bitirmək fikrində deyil. 2004-cü ildən milli formanı geyən 30 yaşlı forvard Goal.com saytına belə açıqlama verib:
«Hələ turnirdən əvvəl demişdim ki, milli formanı geyməkdən qürur duyuram. Yeni baş məşqçinin kim olacağında maraqlıyam və həyəcanla gözləyirəm. Məni yığmaya çağırarlarsa, oynayacam».
O da maraqlıdır ki, Rooney iyunun 27-də meydana çıxmaqla yığmada oyun sayına (115) görə David Beckham-a çatdı və indi yalnız Peter Shilton-dan (125) geri qalır. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















