• $
  • €
  • ₽
  • ₺
  • £

Şahmat dünyasının tarixi eksponatları Bakıda

Şahmat dünyasının tarixi eksponatları Bakıda
27.08.2016 15:47
1-14 sentyabr tarixində Bakı şəhərində keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Rusiya Federasiyasının Şahmat Muzeyi tərəfindən sərgi keçiriləcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, olimpiadanın tamaşaçılarına Kristal Zalda təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan verilir. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.

Sərgidə hind çaturanqa, İran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

Qeyd edək ki, 18 avqust 1956-ci il tarixində Moskva şəhərində Qoqol bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk olan şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini SSRİ-nın ən tanınmış şahmat kolleksionerı piterli Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.

Muzeyin birinci direktoru, sənətşünas Nataliya İvanova və şahmat tarixçisi, qrossmeyster Yuri Averbax tərəfindən "Şahmatniy vestnik" və "Şahmatı v Rossii" jurnallarında yazılan məqalələr ölkənin şahmat sevərlərini ən maraqlı eksponatlarla tanış edib.

Muzeyin kolleksiyasını nadir antikvar eksponatlar fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasında olan rus avanqardının nadir nümunəsi "Şimal heyvanları Cənub heyvanlarına qarşı” adlı farfor dəst hətta xüsusi incəsənət muzeylərində yoxdur. Blokadaya məruz qalan Leninqrad şahmat dəsti, birinci "Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi mənəvi dəyər daşıyan dəstlər də kolleksiyanın vacib hissəsidir.

Muzeyin qüruru sovet və rusiyalı şahmatçıların əldə etdiyi mükafatlardır, çünki belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən cəlbedici eksponatlardan biri 1984-ci il Karpov-Kasparov matçı zamanı istifadə olunan masadır: bu günə kimi burada həmin bayraqları, saatları, şahmat hərəkətlərini qeyd etmək üçün blank və təxirə salınmış partiyalar üçün artıq istifadə edilməyən zərfi müşahidə etmək olar.

Lakin muzey binasının kiçik və qəzalı vəziyyətdə olması sərgilərin baş tutmasına problem mane olmağa başladı. Nəhayət, 25 sentyabr 2014-cü il tarixində Muzeyin kolleksiyası ona layiq olan yenidən təmir olunan sərgi zallarına yerləşdirildi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol