Şahmat Olimpiadasında 8-ci tur yekunlaşdı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviyaya qalib gəlib.
İkinci yığmamız Finlandiyanı, üçüncü millimiz isə Dominikan Respublikasını xalsız qoyub.
Turun ən çox maraq doğuran görüşündə Rusiya ABŞ-la heç-heçə oynayıb.
Qadınlardan ibarət əsas millimiz Çinə uduzub. İkinci komandamız Sinqapura qalib gələrkən, üçüncü yığmamız Peru ilə xalları yarı bölüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















