• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Zəkiyev: "Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü"

İlham Zəkiyev: "Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü"
11.09.2016 10:51
"Rəsmilərimiz mənə dedilər ki, boş ver medalı, bizə sən lazımsan"

ANN.Az xəbər verir ki, bu sözləri Adalet saytına açıqlamasında "Rio 2016” XV Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərən bayraqdarımız İlham Zəkiyev deyib.

O, çıxışı barədə bunları qeyd edib: "Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü - 80-50. Üstəlik, qızdırmam vardı. Əlim və dizim də zədələnmişdi. Yarış ərzindəki halımı görən komitə rəsmiləri son görüş ərəfəsi mənə dedilər ki, İlham, gəl çıxma tatamiyə, boş ver medalı, bizə sən lazımsan. Mən istəmədim mübarizəsiz təslim olum. Ona görə də birtəhər toparlanıb görüşə çıxdım”.

İkiqat paralimpiya çempionu nəticəsinə görə ciddi üzüntü keçirmədiyini bildirərək, fikirlərinə bunları əlavə etdi: "Mən iki dəfə bu turnirin ən yüksək əyarlı medalını qazanmışam. Hansı ki, bunun "eks” anlayışı yoxdu. Olimpiya və paralimpiya çempionu adı əbədidi. İdmandı, hər şey olur. Bir məqamı da nəzərə çatdırım ki, mənim bütün rəqiblərim əslində olimpiyaçılar idi, nəinki paralimpiyaçı. Məsələn, çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problem yox idi”.

Qeyd edək kİ, Zəkiyevin çəki dərəcəsində çempion adını qazanan sözügedən Özbəkistan təmsilçisi bu yaxınlaradək sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir.  Bürünc mübarizəsinin ilk iki mərhələsində qarşılaşdığı rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də (20 faizədək görmə) yer alır. Zəkiyev isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçular kateqoriyasındadır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol