• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir idmançımız Avropa üçüncüsü oldu

Daha bir idmançımız Avropa üçüncüsü oldu
12.09.2016 09:14
Polşanın Novı Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin ikinci günü mübarizəyə daha iki ağır atletimiz qoşulub.

Körpücük üzərinə ilk olaraq yeniyetmələr arasında 56 kq. çəki dərəcəsində mübarizə aparan Elməddin Hüseynov çıxıb. O, toplam 194 kq. nəticə ilə qrupda 14 idmançı arasında 6-cı yeri tutub.

Gənclər arasında 50 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən yığmamızın üzvü İsmayıl Məmmədov isə birdən 81 kq, təkanla isə 93 kq. ağırlığın öhdəsindən gələrək cəmi 174 kq. nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb. Bu çəki dərəcəsində Avropa çempionatının qızıl və gümüş medallarına rumıniyalı idmançılar İancu İonadi Valentin (180 kq) və Balauta Petrica (174 kq) sahib olublar.

Bu gün keçiriləcək yarışın üçüncü günündə daha üç idmançımız - Səbinə Əzimova (48 kq), Fuqan Əliyev (62 kq) və İsa Rüstəmov (62 kq) medallar uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün ağır atletimiz Rüstəm Qasımov Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol