“Anderlext”in baş məşqçisi "Qəbələ"dən danışdı

Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Qəbələ” ilə qarşılaşacaq Belçikanın "Anderlext” klubunun baş məşqçisi Rene Veyler oyundan öncə jurnalistlər qarşısında çıxış edib.
ANN.Az "Qafqazinfo.az"a istinadən xəbər verir ki, o, "Qəbələ”ni güclü rəqib adlandırıb:
"Rəqibimiz çox güclüdür. Onlar bura qədər 4 mərhələ keçiblər. "Qəbələ” III təsnifat mərhələsində "Lill” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıb. Bu, onların gücündən xəbər verir. Müdafiədə diqqətli oynayan klubdur. Çətin olacaq, amma meydana qələbə üçün çıxırıq. İlk oyunda qələbə qazanmaq vacibdir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























