AFFA baş məşqçiyə xəbərdarlıq etdi

AFFA-nın İntizam Komitəsi "Zirə” klubunun baş məşqçisi Adil Şükürova xəbərdarlıq edib.
ANN.Az Report-a istinadən xəbər verir ki, xəbərdarlıq mütəxəssisin Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ”la baş tutan səfər görüşündən sonra mətbuat konfransına gecikməsi ilə əlaqədardır.
Analoji hal yenidən təkrarlanacağı təqdirdə, o, daha ağır cəzaya məruz qalacaq.
Qeyd edək ki, həmin görüş "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əlavə edək ki, Adil Şükürov mətbuat konfransına gec gəlib. Bunu jurnalistlər özlərinə hörmətsizlik kimi qəbul edərək ona heç bir sual ünvanlamayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























