Məşhur futbolçu həbs edildi

Bir müddət "Sivasspor” və "Fənərbaxça” futbol klublarında top qovan Fabio Bilica həbs edilib.
ANN.Az Ölkə.Az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu aliment ödəmədiyi üçün cəzalandırılıb.
Braziliya mətbuatının verdiyi məlumata əsasən, Fabio keçmiş arvadına 17 min dollar aliment borcunu ödəməyib. Əvvəlcədən xəbərdarlıq edilən futbolçu borcu ödəmədiyi üçün həbs edilib.
Həbsdən sonra borcunu ödəyən Fabio azadlığa buraxılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























