"Borussiya"dan Obameyanq açıqlaması

"Borussiya"nın idman direktoru Hans-Yoahim Vatske "Real"ın prezidenti Florentino Pereslə futbolçusu Pyer-Emerik Obameyanqın transferi barədə danışdıqları iddialarına münasibət bildirib.
Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib. Klub rəsmisi bildirib ki, Çempionlar Liqasında "Real" - " Borussiya" görüşündən sonra Pereslə görüşüb:
"Biz oyun zamanı da stadionda birlikdə idik. Ancaq bu görüşdə transfer müzakirəsi olmayıb".
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















