Autizmli uşaqlar arasında ilk dəfə stolüstü tennis yarışı keçirilib

Mayın 24-də Azərbaycan Respubilkası Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Bakı Autizm İdman və Yaşam Klubunun birgə təşkilatçılığı ilə Autizmli uşaqlar və gənclər arasında ilk dəfə stolüstü tennis turniri keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışın sonunda qalib gələn turnir iştirakçıları mükafatlandırılıblar.
8-12 yaş arasında keçirilən yarışda 1-ci yerin qalibi Toğrul Mirzəyev, 2-ci yerə Asim Fərzəliyev çıxıb. Bu yaş qrupunda 3-cü yerin qalibləri Nicat Həmidov və Saleh Mustafazadə olub.
12 -19 yaşda arasında keçirilən stolüstü tennis turnirində 1-ci yerin sahibi Xaqan Əliyev, 2-ci yer Məhəmməd İbrahimov, 3-cü yerin qalibləri isə İbrahim Nəbiyev və Fərman Namazov olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















