• $
  • €
  • ₽
  • ₺
  • £

Yığmalar AFFA-dan qaçır

Yığmalar AFFA-dan qaçır
28.05.2020 21:31
Azərbaycan milli komandalarının yeni qərargahı yaradıla bilər.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, yığmalara yeni məşqçi təyinatlarından sonra belə zərurət yaranıb.

Belə ki, millilərə başçılıq edəcək məşqçilər AFFA-nın qarşısında tələblə çıxış ediblər. Qurban Qurbanov (əsas), Rəşad Sadıqov (U-21 və U-20), Vüqar Məmməd (U-19), Zaur Həşimov (U-18) və Ramin Quliyev (U-17) assosiasiyadan ayrıca ofis istəyiblər.

Yeni məşqçilər AFFA-nın yerləşdiyi binanı bəyənməyərək, burada ayrılacaq məkandan imtina ediblər. Çalışdırıcılar toplantıların, görüşlərin, mətbuat konfransları və digər tədbirlərin keçiriləcəyi xüsusi məkan tələbi qoyublar.

Onların bu istəyi gerçəkləşsə, yığmaların bütün qərargahı yeni məkanda qərarlaşacaq. AFFA-nın gözlənilməz tələbə necə cavab verəcəyi hələ bəlli deyil.

Əslində, hansısa ölkədə milli komandaların ayrıca mənzil-qərargahının olması mümkünsüz deyil. Amma əksər hallarda milli assosiasiya və yığma ölkə futbolunun ayrılmaz hissəsi olduğundan eyni divarlar arasında yerləşir. Təbii ki, istisnalar da mümkündür.

 Məşqçilərin tələbi ilə bağlı məsələnin həlli yolu və məkanı da var. Belə ki, əksər ölkələrdə yığmaların öz təlim-məşq bazası mövcuddur. Böyük ərazini əhatə edən və hər cür şəraitlə təchiz olunan belə məkandan millilərin mənzil-qərargahı kimi də istifadə etmək mümkündür.

Elə ölkəmizdə də belə yer var. Böyük vəsaitlər hesabına inşa olunan milli komandaların təlim-məşq bazasına xidmət edən AFFA Futbol Mərkəzi qərargah üçün də ideal məkandır. Söhbət "Dalğa Arena”nın yerləşdiyi bazadan gedir. Çünki əlavə yerin icarə, ya da inşasına xərc və zaman tələb olunacaq. Hazır məkan varsa, buna nə ehtiyac?

Futbol Mərkəzində komandaların məşqlərini daim izləmək də çalışdırıcıların işini yüngülləşdirə bilər. Arenadakı şəraitdən danışmaq isə yersizdir. Çünki vaxtilə FİFA və UEFA prezidentlərinin açılışını gerçəkləşdirdiyi baza ölkəmizdə ən yaxşılardan sayılır. Həm də millilərin bazası mənzil-qərargah rolunu da oynaya bilməyəcəksə, bu arenaya nə ehtiyac var?

Futbolumuzda belə təcrübə əvvəllər də olub. Xeyli müddət "Şəfa” stadionu milli komandalara xidmət edib. Hətta məşqçilər də bu məkanda toplanırdılar.

Təbii ki, tələblə çıxış edən məşqçilər başqa məkan da istəyə bilər. Elə AFFA-nın da başqa məkan təklif etməsi mümkündür. Məsələn, Bakı Olimpiya Stadionu da məşqçilərə təklif edilə bilər. Amma bir şey dəqiqdir ki, yeniliklər assosiasiya ilə millilərin ayrılması ilə nəticələnəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol