Ölkə kubokunda finalın vaxtı dəyişdirildi

Həndbol üzrə Azərbaycan kubokunun finalının vaxtı dəyişdirilib.
Bunu anews.az-a Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
Belə ki, final əvvəlcə martın 8-də nəzərdə tutulsa da, Qadınlar Günü bayramı ilə əlaqədar olaraq həlledici matçlar bir gün tez olacaq. Yarımfinal görüşləri isə sabah keçiriləcək.
Qeyd edək ki, qadın həndbolu üzrə ölkə kubokunun yarımfinalında "Azəryol” – ADBTİA və "Nur” – "Qarabağ” görüşləri baş tutacaq. Kişi həndbolu üzrə yarımfinal görüşlərində isə "Bakı” RİOEUGİM-lə, "Məhsul” isə "Təhsil”lə qarşılaşacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























