Yeni baş məşqçinin illik qazancı bilindi

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan xorvatiyalı Robert Prosineçkinin yığmamızda qazanacağı məbləğ açıqlanıb.ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, Xorvatiya mətbuatı çalışdırıcının AFFA ilə müqavilə imzalayacağı halda 1,5 milyon dollar qazanacağını iddia edir.Bu ölkənin tportal.hr saytı 45 yaşlı mütəxəssisin AVRO-2016-nın seçmə mərhələsinin sonunadək yığmamızda çalışmaq üçün məhz bu məbləğə razılaşdığı haqda məlumat yayıb. Yuqoslaviya və Xorvatiya millisinin sabiq futbolçusu olan Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, onun təyinatı AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 3-də baş tutacaq yığıncağında rəsmiləşəcək.Qeyd edək ki, son iş yeri Türkiyənin “Kayserispor” klubu olan Prosineçki hazırda ölkəmizdə səfərdədir. O, dünən “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəean” – “Neftçi” qarşılaşmasını (2:2) canlı izləyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























