• $
  • €
  • ₽
  • ₺
  • £

Volkan Dəmirəl: "Qızımı söydülər"

Volkan Dəmirəl: "Qızımı söydülər"
19.11.2014 14:55

 Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Qazaxıstan matçından (3:1) öncə bir qrup azarkeş tərəfindən söyülən Volkan Dəmirəl əsas heyətdən çıxarılmasını tələb edərək, stadiondan getmişdi.

ANN.Az Lent.az-a istinadən xəbəbr verir ki, “Fənərbağça”nın 33 yaşlı qolkiperi həmin hadisə ilə bağlı ilk açıqlamasını verib: “Biz namusu üçün yaşayan insanlarıq. Getsinlər, həmin söyüşləri küçədə bir nəfərə desinlər, görək nə olacaq? Ümid edirəm ki, həmin hadisə ilə digər futbolçu yoldaşlarım üzləşməz”.

Qeyd edək ki, etdiyi hərəkətə görə Volkanı qınayanlar da var, tərəfini saxlayanlar da. Dəmirəl stadionu tərk etməsini belə şərh edib: “Söyüş eşitdim, əhvalım korlandı. Amma heç vaxt deməmişəm ki, millinin formasını bir də geyinməyəcəm. Özünü tanımayanlara görə təkcə mən deyil, komanda yoldaşlarım da “ay-ulduzlu” formanı geyinməkdən qorxur. Bu günə qədər hər bir futbolçu o söyüşləri eşitdi, danışmadı. Mən isə susmadım. Biri bunlara cavab verməli idi. Həmin hərəkəti etməsəydim, sona qədər söyüşlərə qonaq olacaqdıq. Milli forma mənim üçün hər şeydən müqəddəsdir. Hansı klubun üzvü oluramsa, olum, millinin oyununda azarkeşlərdən söyüş eşitmək çox pis haldır. Stadiondan çıxanda qarışıq hisslər keçirdim. Uzun müddət əllərim əsdi. Telefonumu bağladım və bir müddət heç kimlə danışmadım. Evə çatanda məni həyat yoldaşım qarşıladı. Dedi ki, ən doğrusunu elədin, səninlə qürur duyuram, qızımız də böyüyəndə səninlə fəxr edəcək. 10 aylıq qızımı söydülər. Onları Allaha tapşırıram. Ümid edirəm ki, onların qızlarını söyməzlər.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol