• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi
29.05.2020 08:31
AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı qurumun rəsmi saytına fikirlərini bildirib. "Qafqazinfo” xəbər verir ki, o, bunları söyləyib:

"Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. "Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Ağdam təmsilçisi artıq 4-cü dəfədi ki, bu nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazanır. Bu tarixi nəticə, Moldovanın "Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə "Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm.

UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, "Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, "Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından "Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm”.

DÜNYA 13:30 / 31.08.2018
Avtobusda daha bir təcavüz hadisəsi baş verib. Brazilyanın San Paolo şəhərində bir kişi avtobusda özündən öndə oturan xanıma təcavüz edib. Təcəvüzkar qadının sinəsinə toxunub.

Unikal.org xəbər verir ki, hadisənin fərqinə varan qız həmin anı telefonunun kamerasıyla lentə alıb. Daha sonra qadın ona qarşı seksual xarakterli hərəkətlər edən kişiylə dalaşaraq avtobusu tərk edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol