• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmışlar “Qarabağ”ın bugünkü oyununa proqnoz verdilər

Tanınmışlar “Qarabağ”ın bugünkü oyununa proqnoz verdilər
06.11.2014 14:50

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün Bakıda Ukraynanın “Dnepr” komandası ilə oynayacaq.

İki həftə öncə Kiyevdə keçirilən oyun ərəfəsi tanınmış futbol mütəxəssisləri və jurnalistlər “Qarabağ”ın şanslarını dəyərləndirərkən ümidverici proqnoz verirdilər. Həmin görüş Azərbaycan klubunun 1:0 hesabı ilə qələbəsi ilə başa çatdı. 

“Qarabağ” bu gün azarkeşləri qarşısında oynayır və bu görüşdə qalib gələcəyi təqdirdə növbəti mərhələyə çıxmaq üçün önəmli bir addım atılacaq. ANN.Az  Modern.az-a istinadən məlumat verib ki,  futbol mütəxəssisləri və jurnalistlər bugünkü oyunla bağlı proqnoz veriblər.

Azərbaycanın təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib ki, indiki halda “Qarabağ”a 3 xal çox mütləq lazımdır: “Azərbaycan çempionatının son oyunlarında “Qarabağ” yüngül oyun göstərirdi. Amma Kiyevdəki oyunu yaxşı idi. Bu, nadir hallarda olur. “Dnepr”  güclü komandadır. Amma “Qarabağ” qalib gəldi. Ona görə indi psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir. “Qarabağ” Kiyevdəki oyununu burada davam etdirməlidir.  O oyundakı taktikalar, manevrlər burada da həyata keçirilməlidir”. 

Mircavadovun fikrincə, Bakıda oynadığı üçün komanda hücuma meylli futbol oynamalıdır: “Futbolçular meydançanın hər yerində bir-birinə yaxın məsafədə oynamalıdırlar ki, rəqibin əks hücuma keçməyə imkanı  olmasın. Mən “Qarabağ”dan yaxşı oyun gözləyirəm. Proqnoz verməyi xoşlamıram”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Kiyevdəki oyundan sonra bildirirdi ki, Bakıdakı görüş heç-heçə başa çatacaq. Bu gün də həmin fikirdə dayandığını deyən Rəşad Məcid “Qarabağ”ın azarkeşlərini komandaya dəstək verməyə səsləyib: 

“Qarabağ”ın qələbə çalmasını arzu edirəm. İmkan olsa özüm də oyunu izləməyə gedəcəyəm. Azarkeşlərin dəstəyi olmalıdır ki, komandamız qalib gəlsin”.

Tanınmış məşqçi Vaqif Sadıqovun fikrincə,  Bakıda Kiyevdəki uğurun davamı mütləq olacaq: ““Qarabağ” yeni bir səhifə yazmalıdır. “Qarabağ” bizim qürurumuzdur. Ona görə, komandanın yaxşı oynayıb, bizin qane edən nəticə əldə edəcəyinə inanıram”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov deyir ki, bu komandaların ilk oyununda “Qarabağ”ın qələbə qazanacağına inanmırdı: “O qələbə gözlənilməz olsa da,  gün “Qarabağ”dan qələbə gözləyənlər çoxdur. Mənə elə gəlir ki, arxayınlaşmaq olmaz. Bu oyun hər iki komanda üçün  Kiyevdəkindən on qat ağır olacaq”.

Onun sözlərinə görə, “Qarabağ”ın oyunçuları oyunun məsuliyyətini yaxşı anlayır, rəqibə hörmətlə yanaşırlar: 

“Bu ciddilik komandaya uğur gətirəcək. “Qarabağ”ın bir üstünlüyü var, futbol qaydalarına uyğun olaraq oyuna 11 yox, 12 oyunçu ilə qatılacaq. Amma “Qarabağ”  bu gün xal da itirə bilər. Məncə, oyun heç-heçə qurtaracaq”.

21:00. "Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)

Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski və Konrad Sapela (hamısı Polşadandır) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol