• $
  • €
  • ₽
  • ₺
  • £

Ağlamaq Ronalduya baha başa gəldi

Ağlamaq Ronalduya baha başa gəldi
20.09.2018 18:26
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) "Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronalduya qarşı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Valensiya” klubuna qarşı oyunun nəticələrinə əsasən intizam işi açıb. 
Oxu.Az xəbər verir ki, bununla bağlı ESPN məlumat yayıb. 
İntizam işinə sentyabrın 27-də Nizam-intizam, etika və nəzarət idarəsində baxılacaq. Futbolçu qırmızı vərəqə aldığı üçün avtomatik olaraq, oktyabrın 2-də "Young Boys”a qarşı keçiriləcək oyunu buraxacaq, ancaq onun diskvalifikasiyası artırıla bilər. 

Dünən "Valensiya”ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.
Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.  
Qeyd edək ki, "Yuventus” azlıqda olmasına baxmayaraq, "Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol