Daha iki cüdoçumuz mübarizəni dayandırdı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ikinci günə start verilib.
Oxu.Az xəbər verir ki, bu gün iki idmançımız mübarizəyə qoşulub.
Monqolustandan olan qadın idmançımız Buyanxişiq Purevsuren (52 kq) 1/32 finalda britaniyalı Çelsi Qilzə 80 saniyəyə ipponla uduzub.
66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə 1/32 finalda misirli rəqibini məğlub etsə də, 1/16 finalda braziliyalı Daniel Karqninə ipponla məğlub olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















