• $
  • €
  • ₽
  • ₺
  • £

Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR

Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR
08.10.2018 15:12
Oktyabrın 7-də UFC idman növü üzrə məşhur döyüşçü Komor Makqreqora qalib gələrək, bütün dünyanın diqqət mərkəzinə düşən Həbib Nurməhəmmədovla bağlı Femida.az saytı maraqlı faktı üzə çıxarıb.

Belə ki, vaxtilə Həbib Dağıstanda azərbaycanlı idmançıya məğlub olub. Bu barədə saytımıza MMA-ın Azərbaycandakı rəsmi nümayəndəsi Şəhriyar Abbasov açıqlama verib:

"Xamis Məmmədov yeganə idmançıdır ki, Həbib Nurməhəmmədovu məğlub edib. O, vaxtilə bizim döyüş klubunun üzvü olub. Düzdür, Həbib peşəkar döyüşlərdə heç vaxt uduzmayıb. Lakin həvəskar sambo döyüşlərində Xamis Məmmədov onu məğlub etmişdi. Hətta Həbib müsahibələrinin birində özü də bunu etiraf edib”.
Xamis Məmmədovun özü də Həbibi məğlub etdiyini təsdiq edib:

"Həbib mənim dostumdur, atası da məşqçim olub, əlaqələrimiz çox yaxşıdır. Makqreqoru məğlub etdikdən sonra zəng edib təbriklərimi də çatdırdım. Həbibi məğlub etməyimə gəlincə, bu 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim və finala çıxdım. Finalda isə 1:1 hesabı ilə bərabərə qaldıq. Rəqib yerli idmançı olduğuna görə, qələbəni ona verdilər. Təəssüf ki, o vaxt video çəkiliş imkanları bu günkü qədər geniş olmadığı üçün görüntülər yoxdur. Döyüşün video yazısı olan disk var idi, lakin sonradan onu da itirdim".

Həbiblə 2011-ci ildə yenidən qarşılaşmalı olduq. Bu dəfə isə MMA döyüş növündə, finalda üz-üzə gəldik. Döyüşdən əvvəl mənə təklif olundu ki, Həbiblə qarşılaşmayım. Lakin bu təklifi qəbul etmədim. 76 kq çəki dərəcəsində qarşılaşdıq. Həmin vaxt Həbib mənə qalib gəldi. Qısa müddət sonra UFC-də hazırlaşmaq və döyüşmək üçün ABŞ-a yollandı”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol