Ronaldo hədəfini açıqladı

"Hədəfim hər zaman zirvədə olmaqdır. Son 6-7 ildə əldə etdiyim uğurlara baxsaq, üçüncü dəfə "Qızıl top"u qazanmağım fantastika sayılmayacaq".Qol.Az-ın məlumatına görə, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo Britaniya mətbuatına açıqlamasında deyib.Portuqaliyalı futbolçu üçüncü dəfə "Qızıl top" mükafatını qazanmaq istədiyini bildirib: "Səs verəcək məşqçilər və kapitanların doğru seçim etmələri üçün vaxtları var. Üçüncü dəfə "Qızıl top" mükafatını qazanmaq istəyirəm. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm. Nəticəni isə yanvarda görəcəyik".Qeyd edək ki, Ronaldo 2008 və 2013-cü illərdə dünyanın ən yaxşı futbolçusu adını qazanıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























