Luçesku üzr istədi

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində dünən "Portu" ilə matçdan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Donetsk təmsilçisinin sözügedən qarşılaşmada 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, bu üstünlüyü görüşün son dəqiqələrində əldən verməsinə təcrübəli mütəxəssis əsəbiləşib.M.Luçesku mətbuat konfransında sadəcə bunları deməklə kifayətlənib:"Məyus olduğumu demək istəmirəm. Çox danışmaq fikrim yoxdur. Hər kəs qarşılaşmanın 2:0 hesabı ilə bitəcəyini gözləyirdi. Ancaq son dəqiqələrdə iki qol buraxdıq və qələbəni əldən verdik”.Bundan sonra M.Luçesku jurnalistlərlər üzr istəyərək mətbuat konfransının keçirildiyi zalı tərk edib.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























