• $
  • €
  • ₽
  • ₺
  • £

DÇ 2014: Braziliya və Meksika 1/8 finalda

DÇ 2014: Braziliya və Meksika 1/8 finalda
24.06.2014 09:15
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçirilib.B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi. Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkib. Komandalar  1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcəkdi.  Bu matçda isə Hollandiya 2:0 hesabı ilə qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk edib.A qrupunda Kamerun Braziliya ilə üz-üzə gəlib. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaqdı ki, buna nail olub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finalda Çili yığması ilə qarşılaşacaq. Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri üz-üzə gəliblər. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçilib. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. Lakin bu oyunda 3:1 hesabı ilə qələbə qazanan Meksika millisi qrup ikincisi kimi 1/8 finalda Hollandiyanın rəqibi olub.23 İyunB qrupu21:00. Avstraliya - İspaniya - 0:3Qollar: David Vilya, 36 (0:1), Fernando Torres, 69 (0:2), Xuan Mata, 82 (0:3)21:00. Hollandiya - Çili - 2:0 Qollar: Fer, 77 (1:0), Depay, 90+2 (2:0) A qrupu01:00. Kamerun - Braziliya - 1:4 Qollar: Neymar, 17 (0:1), Matip, 26 (1:1), Neymar, 35 (1:2), Fred, 49 (1:3), Fernandinyo, 84 (1:4)01:00. Xorvatiya - Meksika - 1:3Qollar: Rafael Markez, 72 (0:1), Quadrado, 75 (0:2), Xavyer Hernandez, 82 (0:3), Perişiç, 87 (1:3)Qırmızı vərəqə: Rebiç, 89 (Xorvatiya)ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol