• $
  • €
  • ₽
  • ₺
  • £

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
27.12.2020 23:00
Onlayn blits şahmat üzrə "Airthings Masters” turniri davam edir.

Anews.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Bir gün əvvəl Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edib, David Quijarronu (İspaniya) məğlubiyyətə uğradan Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə "səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol