• $
  • €
  • ₽
  • ₺
  • £

İki güləşçimiz yarımfinalda

İki güləşçimiz yarımfinalda
02.11.2021 19:35
Serbiyanın paytaxtı Belqradda güləş 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

"Qafqazinfo” xəbər verir ki, Azərbaycanın daha 2 yunan-Roma güləşçisi bu gün mübarizəyə başlayıb. 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib. 1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib.

72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmaqi ilə görüşüb. Qarşılaşma Ülvinin qələbəsi ilə bitib və o, yarımfinala yüksəlib.

Qeyd edək ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol