• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bu gün Bakıda dünya kuboku yarışı başlayır - YENİLƏNİB

Bu gün Bakıda dünya kuboku yarışı başlayır - YENİLƏNİB
12.02.2022 11:27
Bakıdakı batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska iştirak edib.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Ardınca Şuyska çıxış edib. O, yarışdakı rəsmiləri, gimnastları və idmançıları salamlayıb.
 
"Bizə yeni qoşulan Hindistan və İranı da salamlamaq mənim üçün xoşdur. Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkür edirəm", - deyə bildirilib.

Mariana Vasileva da iştirakçıları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib.
 
"Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Buraya 13 ölkədən 50 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, can sağlığı və yeni qələbələr arzulayıram. Batut gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm".

Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İki gün davam edəcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

******
Bu gün Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışına start verəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Dünya kuboku yarışına qatılmaq məqsədilə Azərbaycana səfər edəcək batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
 
Yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarına ödəniş edib
İdman 23:22
UEFA Azərbaycan klublarına ödəniş edib
III MDB Oyunları bu tarixdə keçiriləcək
İdman 20:26
III MDB Oyunları bu tarixdə keçiriləcək
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol