Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib
![Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib](https://anews.az/photo/850x500/2022-03/1648142921_98b0b7a5-bf4a-411f-b639-2be656164ec9_850.jpg)
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Fransanın Montpellier şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb.
30 idmançı arasında 13-cü yeri tutan Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqramda iştirak hüququ qazanıb.
Martın 21-də start götürən mundialda Azərbaycanı Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üzərində rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)