Qadın futbolunda tamaşaçı rekordu yenilənib
![Qadın futbolunda tamaşaçı rekordu yenilənib Qadın futbolunda tamaşaçı rekordu yenilənib](https://anews.az/photo/850x500/2022-04/1650694365_4b8294f5-4207-3cdc-88fd-fa23790be27d_850.jpg)
Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya "Barselona"sı ilə Almaniya "Volfsburq"u arasında keçirilmiş ilk oyun tamaşaçı sayında yeni dünya rekordu ilə əlamətdar olub.
www.anews.az
"Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşmanı 91 648 tamaşaçı izləyib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu aprelin 30-da Almaniyada olacaq.
Əvvəlki tamaşaçı rekordu martın 30-da "Barselona"nın İspaniya "Real Madrid"i ilə keçirdiyi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin qarşılaşma zamanı tribunalarda 91 533 nəfər olub.
Çempionlar Liqasında final oyunu mayın 21-də İtaliyanın Turin şəhərində gerçəkləşəcək. "Barselona" yarışın son qalibidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)