UEFA-nın bu oyunları Azərbaycanda keçiriləcək
UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək.
www.anews.az
Bu baradə AFFA-nın saytı xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin birinci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaqlar.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.
UEFA Region Kuboku yarışlarının 2020/2021-ci il mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız