Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı
![Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı Cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl 1 bürünc medal qazandı](https://anews.az/photo/850x500/2022-04/1650777176_qizil.jpg)
Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.
Qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar. Həlledici mərhələdə İ. İbrahimov (66 kq) italiyalı rəqibi Leanardo Valeriyanini, Nəriman Mirzəyev (73 kq) İtaliyanın digər idmançısı Qabriyele Sullini məğlub ediblər.
Komandamızın digər üzvü Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda mübarizədə niderlandlı Bart Velinqə qalib gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)