FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb
![FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb](https://anews.az/photo/850x500/2022-05/1651645633_0158d70b-099c-3b5b-afee-68dc984c9479_850.jpg)
FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.
www.anews.az
Buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına qarşı keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.
Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.
Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)