Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib
![Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib](https://anews.az/photo/850x500/2022-05/1652956974_fc497871-8234-333b-9403-b297ff5f0c00_850.jpg)
İtaliyanın "Milan" klubunda çıxış edən İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.
www.anews.az
"Football Italia" nəşri xəbər verir.
41 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvətdən imtina edib.
Təcrübəli forvard karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək qərarına gəlib.
"Milan" sona bir tur qalmış A Seriyasında 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq. İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)