• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakıda Formula 2 üzrə əsas yarış başladı

Bakıda Formula 2 üzrə əsas yarış başladı
12.06.2022 11:29
Bu gün Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü "Carlin” komandasının üzvü Liam Louson və "Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda "Carlin” komandasının üzvü Liam Louson ikinci, "Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. "ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. "Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson ("Carlin”) isə üçüncü sırada tamamlayıblar.

On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına "MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 117 xalla başçılıq edir. Komandalar arasında isə "MP Motorsport” 139 xalla birincidir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarına ödəniş edib
İdman 23:22
UEFA Azərbaycan klublarına ödəniş edib
III MDB Oyunları bu tarixdə keçiriləcək
İdman 20:26
III MDB Oyunları bu tarixdə keçiriləcək
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol